Mobil versiya
Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olundu
Tarix: 29-07-2026 | Saat: 14:06
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olundu

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın "Samruk-Kazyna" Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən aia.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin tərəfdaşlığın prioritet inkişaf istiqamətləri nəzərdən keçirilib.

Tərəflər birgə investisiya fəaliyyətinin genişləndirilməsi, institusional investorlar arasında əməkdaşlıq imkanları, ticarət, sənaye, süni intellekt və digər innovativ istiqamətlər üzrə tərəfdaşlıq, eləcə də yaşıl enerji layihələrinin birgə həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcəyi vurğulanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2026