Mobil versiya
Bəy öz toyunda qardaşını öldürüb - Video
Tarix: 31-03-2017 | Saat: 15:40
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Bəy öz toyunda qardaşını öldürüb - Video

“Səhəri gün bildim ki, qardaşımın ürəyinə vurmuşam və ölüb”

ARB TV-nin “Rezonans” verilişində keçmiş məhkum Məmməd Kərimovun həyat hekayəsi təqdim edilib.

O, 8 il həbsxanada yaşadıqlarını və nəyə görə ora düşdüyünü belə nəql edib: "Toy günüm idi. İçkili olmuşam. Restoranın həyətində dost-tanışla söhbət edirdik. Bir nəfərlə söhbətim düşdü. Qardaşım dedi ki, indi lazım deyil. Hamı sənin əhatənə toplaşıb, qonaqları yola salaq söhbət edərik. Elə oldu ki, bu adam məndən əl çəkmədi. Restoranın mətbəxinə keçdik, tutuşduq. Əlimə bıçağı almışdım ki, qorxdum, qardaşım araya girdi, səhvən ona vurdum. Əvvəl elə bildim ki, qoluna vurmuşam. Bayıra çıxdım, sonra səhəri gün bildim ki, qardaşımın ürəyinə vurmuşam və ölüb. Belə olacağını bilmirdim. Peşmanam. Qardaşım evlidir, bir uşağı var. Hal-hazırda heç bir narazıçılıq yoxdur, həm ailəmdə, həm onun ailəsində, həm də yoldaşımın ailəsində. Yanıma gəlib-gedirlər. Valideynlərimin borcundan çıxa bilmərəm. Onlardan çox şey istəmişəm. Ayağımı dirəmişəm ki, onu alıb gətirin. Deyiblər ki, yoxdur imkan, amma demişəm gətirin. Çıxdım, gördüm ki düz deyirlərmiş. Hər şeyi başa düşdüm. Qardaş ölümü çox ağırdır".

AİA.az

[media=https://www.youtube.com/watch?v=ieKLSdl6cd8]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024