Mobil versiya
Nəsrin Cavadzadənin rol aldığı serialın yayımı uzadılıb
Tarix: 28-07-2026 | Saat: 20:44
Bölmə:Özəl | çapa göndər

Nəsrin Cavadzadənin rol aldığı serialın yayımı uzadılıb


Azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin baş rolunu canlandırdığı "Daha 17" serialı ilə bağlı yeni qərar qəbul edilib.
Məlumata görə, layihə yalnız yay mövsümü ilə məhdudlaşmayacaq və payız-qış televiziya mövsümündə də efirdə qalacaq.
Bildirilir ki, serial yeni mövsümdə TRT 1 kanalında yayımlanan "Teşkilat" serialı ilə eyni gün izləyicilərə təqdim olunacaq. Bununla da hər iki layihə eyni yayım günündə tamaşaçı auditoriyası uğrunda rəqabət aparacaq.
Qeyd edək ki, "Daha 17" serialında baş rolu azərbaycanlı aktrisa Nəsrin Cavadzadə canlandırır. Layihənin yeni mövsümdə efirdə qalması televiziya kanalının seriala marağın davam edəcəyinə dair gözləntilərini əks etdirir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-07-2026