Milli yaddaşın səssiz keşiyində -Fotolar
Tarix: 28-07-2026 | Saat: 10:47
Bölmə:Özəl | çapa göndər

Millətin sərvəti təkcə torpağı, sərhədləri və təbii ehtiyatları deyil. Hər xalqın ən böyük sərvəti onun milli yaddaşıdır. O yaddaşın ən etibarlı ünvanı kitabxana, ən sədaqətli keşikçisi isə kitaba ömrünü bağlayan ziyalıdır. Daha aydın desəm millətlər təkcə sərhədləri ilə yaşamırlar. Onları yaşadan yaddaşdır. Yaddaşı yaşadan tarixdir. Tarixi qoruyan isə sözdür. Söz kitabda əbədiləşir, kitab isə kitabxanada gələcəyə əmanət edilir. Məhz buna görə kitabxana hər xalqın mənəvi təhlükəsizlik qalası, milli yaddaş xəzinəsi, dövlətçiliyin görünməyən, amma ən möhkəm sütunlarından biridir.
Bu gün dünya informasiya savaşlarının, ideoloji qarşıdurmaların, süni intellektin və rəqəmsal texnologiyaların hökm sürdüyü yeni bir mərhələni yaşayır. Belə bir zamanda xalqın kitabdan uzaq düşməsi onun təkcə mütaliədən deyil, milli köklərindən də uzaqlaşması deməkdir. Kitabı yaşatmaq isə gələcəyi yaşatmaqdır. Bu müqəddəs missiyanın daşıyıcıları sırasında kitabxanaçılar xüsusi yer tutur. Onlar sadəcə kitab rəflərini qoruyan insanlar deyillər. Onlar millətin düşüncə sərhədlərini qoruyan, oxucu ilə kitab arasında görünməyən körpü salan, uşağın qəlbində elmə, milli-mənəvi dəyərlərə və Vətən sevgisinə ilk toxumu səpən ziyalılardır. Məhz buna görə kitabxanaçılıq peşəsi sadəcə əmək fəaliyyəti deyil. Bu, dövlətçilik xidmətidir. Bu, milli-mənəvi təhlükəsizliyin keşiyində dayanmaqdır. Bu, gələcəyin vətəndaşını yetişdirməkdir. Belə insanların ömrü təqvimlə deyil, yetişdirdiyi oxucuların sayı, həyata qaytardığı kitablar və işıqlandırdığı talelərlə ölçülür.
Bu gün əlli illik ömür yoluna nəzər saldığımız Səməd Vurğun adına Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uzun illər uşaq şöbəsinin müdiri olmuş hazırda ən təcrübəli işçi kimi tanınan Yeganə Hüseynova da məhz belə ziyalılardandır.
Bir daha deyirəm və bunu deməkdən xüsusi zövq alıram, qürur duyuram. Sumqayıt mənim üçün yalnız xəritədə bir şəhər olmayıb. Bu şəhər uşaqlığımın, gəncliyimin, doğmalığın və unudulmaz xatirələrin ünvanıdır. Atamın bacısı burada yaşayırdı. Elə o vaxtlardan Sumqayıtın küçələri, insanları, səmimiyyəti yaddaşıma doğma bir yurd kimi həkk olunub. İllər sonra bu şəhər mənə daha bir mənəvi qazanc bəxş etdi. Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, dəyərli şair Gülnarə Gəmaləddinin təşəbbüsü ilə "Dedim bəlkə sözüm qala" kitabımın Dünya TV"də keçirilən təqdimatı həyatımın unudulmaz görüşlərindən biri oldu. Yardımlının ləyaqətli ziyalısı Hafiz Ataxanlının təşəbbüsü ilə kitablarımızı şəhərin Mərkəzi Kitabxanasına və uşaq şöbəsinə hədiyyə etdik. Yeganə xanım Hüseynovanı o zaman tanıdım.
Bəzən bir insanı tanımaq üçün uzun illər lazım olmur. Onun kitaba münasibətini görmək kifayətdir.Yeganə xanımla söhbət etdikcə hiss etdim ki, o, kitabların arasında çalışan yox, kitabların işığında yaşayan insandır. Onun üçün kitab sadəcə çap olunmuş səhifələr deyil. Kitab düşüncədir. Kitab vicdandır. Kitab milli kimlikdir. Kitab insanın daxilində yanan mənəviyyat çırağıdır. Elə buna görə də o, uşaqlara kitab oxumağı öyrətmir. Onlara kitabı sevməyi öyrədir. Bu isə tamam başqa sənətdir. Uşağın qəlbində kitaba sevgi yaratmaq gələcəyin alimini, müəllimini, yazıçısını, jurnalistini, mühəndisini, əsgərini, dövlət adamını yetişdirmək deməkdir. Çünki mütaliə edən uşaq sabah düşünən vətəndaşa çevrilir. Düşünən vətəndaş isə dövlətin ən böyük sərvətidir
Yeganə Hüseynova Qubadlıda dünyaya göz açıb. 25 nömrəli Sumqayıt şəhər orta məktəbini bitirib. 1994–1999-cu illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb. Bu gün isə Səməd Vurğun adına Sumqayıt MKS-nin ən sevilən işçilərindən biridir. Lakin onun fəaliyyəti təkcə kitabların uçotu və oxuculara xidmətlə məhdudlaşmır. O, uşaqları, ümumiyyətlə oxucuları kitabxanaya gətirmək üçün maraqlı layihələr həyata keçirir, yaradıcı tədbirlər təşkil edir, videoçarxlar və qısametrajlı filmlər hazırlayır. Onun ekran işlərində sadəlik, lakoniklik və vətənpərvərlik əsas xətti təşkil edir Ancaq mənim yaddaşımda Yeganə xanımı fərqləndirən başqa bir xüsusiyyət var. Onun insanlığı. Onun təvazökarlığı. Onun ürəyinin böyüklüyü. Çətin vəziyyətdə olan insanın yanında olmaq, bir neçə səmimi sözlə ona yaşamaq həvəsi vermək, ümidsiz qəlbdə ümid çırağı yandırmaq hər adamın bacardığı iş deyil. Bu, ziyalılığın ən uca mərtəbəsidir.
Bu gün Yeganə Hüseynovanın yubileyidir. Əslində isə bu yazı təkcə bir insanın yubileyi haqqında deyil. Bu yazı bəlkə də kitaba ömrünü bağlayan bütün kitabxanaçılar haqqındadır. Oxucunun kitab rəfinə yaxınlaşanda hiss etmədiyi zəhmət haqqındadır. Səssiz qəhrəmanlar haqqındadır. Kitabxana qapısını hər səhər açaraq gələcəyin düşünən nəslini yetişdirən insanlar haqqındadır.
Bu gün onların əməyinə hər zamankından daha çox ehtiyac var. Çünki milli-mənəvi dəyərlər yalnız qanunlarla deyil, kitabla qorunur. Vətənpərvərlik yalnız tribunadan deyil, mütaliədən başlayır. Dövlətçilik yalnız siyasi institutlarla deyil, milli yaddaşın yaşaması ilə möhkəmlənir. Milli yaddaşın ən etibarlı ünvanlarından biri isə kitabxanalardır.
Əziz Yeganə xanım! Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayıram. Qoy ömrünüz kitablar qədər zəngin, söz qədər uca, insanlara bəxş etdiyiniz işıq qədər mənalı olsun. Siz kitabların keşiyində dayanan bir kitabxanaçı deyilsiniz. Siz gələcəyin keşiyində dayanan ziyalısınız. Siz uşaqların qəlbinə kitab sevgisi əkən müəllimsiniz. Siz milli yaddaşın səssiz mühafizəçilərindən birisiniz. Belə insanlar yaşadıqca kitab yaşayacaq. Kitab yaşadıqca milli yaddaş yaşayacaq. Milli yaddaş yaşadıqca isə Azərbaycan dövləti öz mənəvi dayaqları üzərində daha da möhkəmlənəcək.
Yeganə Hüseynova kimi ziyalıların ən böyük yubileyi də elə budur. Onların ömrü qəlblərə əkdikləri kitab sevgisi kimi yaşamaqda davam edəcək.
Qalib Rəhimli
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-07-2026