Tokayevin Ukrayna ilə bağlı təşəbbüsü Moskva və Kiyevdə fərqli reaksiyalar doğurub
Tarix: 27-07-2026 | Saat: 22:08
Bölmə:Özəl | çapa göndər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ukrayna münaqişəsi ilə bağlı cəbhə xəttinin dondurulması və 2022-ci il İstanbul danışıqları formatına qayıdış barədə səsləndirdiyi təklif beynəlxalq müzakirələrə səbəb olub.
Məlumata görə, Kreml bu yanaşmanı dəstəkləməyərək Rusiyanın hərbi məqsədlərinə nail olmadan münaqişənin dayandırılmasının mümkün olmadığını bildirib. Kremlin sözçüsü Dmitri Peskov isə Moskvanın yeni təşəbbüsləri yalnız Rusiyanın maraqlarına uyğun olduğu halda nəzərdən keçirəcəyini və ABŞ vasitəçiliyi ilə aparılan dialoq kanallarının açıq qaldığını qeyd edib.
Ukrayna tərəfi isə Tokayevin təşəbbüsünü diplomatik həll yollarının müzakirəsi baxımından müsbət qiymətləndirdiyini açıqlayıb. ABŞ-də fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutu (ISW) da mövzu ilə bağlı təhlilində Putinin Tokayevlə görüşdən daxili auditoriyaya uzunmüddətli müharibə mesajı vermək üçün istifadə etdiyini qeyd edib.
Məsələni şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov hesab edir ki, Tokayevin təşəbbüsü siyasi baxımdan diqqətçəkən olsa da, tərəflərin hazırkı mövqeləri fonunda yaxın perspektivdə genişmiqyaslı sülh sazişinə gətirib çıxarması çətin görünür. Onun sözlərinə görə, həm Rusiyanın irəli sürdüyü şərtlər, həm də Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi kompromis imkanlarını məhdudlaşdırır.
Deputat bildirib ki, mövcud şəraitdə tam sülh sazişindən daha çox uzunmüddətli atəşkəs və ya münaqişənin dondurulması ssenariləri daha real görünə bilər. O hesab edir ki, Tokayevin təşəbbüsü müharibəni dərhal dayandırmaqdan daha çox, gələcək diplomatik danışıqlar üçün siyasi zəmin formalaşdırmağa yönəlmiş addım kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Tokayevin təklifi və onun mümkün nəticələri ilə bağlı müxtəlif siyasi qiymətləndirmələr mövcuddur. Hazırda tərəflər arasında yeni danışıq formatının başlanacağına dair rəsmi razılaşma açıqlanmayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-07-2026