Mobil versiya
Gürcüstanda azərbaycanlı kişi pnevmatik silahla yaralanıb
Tarix: 27-07-2026 | Saat: 14:20
Bölmə:Özəl | çapa göndər

Gürcüstanda azərbaycanlı kişi pnevmatik silahla yaralanıb


Gürcüstanın Marneuli bələdiyyəsinin Candar kəndində 31 yaşlı Azərbaycan əsilli Rahib Abdullayevin yaralanması ilə nəticələnən insident baş verib.
Məlumata görə, hadisə axşam saatlarında baş verib. İddiaya əsasən, əvvəllər aralarında münaqişə olduğu bildirilən şəxs Rahib Abdullayevin yaşadığı məhəlləyə gələrək ona pnevmatik silahla atəş açıb. Güllə zərbəsi nəticəsində Abdullayev ağız və baş nahiyəsindən xəsarət alıb.
Yaralı hadisədən sonra xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb. Qurumun məlumatına görə, hadisə üzrə Cinayət Məcəlləsinin fiziki zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə istintaq aparılır.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılıb-saxlanılmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-07-2026