Mobil versiya
Putin Ukraynanın sərhədləri ilə bağlı mübahisəli açıqlamalar verib
Tarix: 27-07-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Putin Ukraynanın sərhədləri ilə bağlı mübahisəli açıqlamalar verib


Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Hərbi Dəniz Qüvvələri Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Ukraynanın ərazi bütövlüyü və tarixi sərhədləri ilə bağlı bir sıra mübahisəli bəyanatlar səsləndirib.
Putin iddia edib ki, Qərbi Ukraynanın bəzi əraziləri keçmiş SSRİ rəhbəri İosif Stalin tərəfindən Ukraynaya vahid sovet dövləti çərçivəsində verilib. O bildirib ki, gələcəkdə bu ərazilərin taleyi ilə bağlı dəyişikliklərin baş verəcəyini düşündüyünü və Polşa, Macarıstan, Rumıniya kimi ölkələrin tarixən özlərinə aid hesab etdikləri torpaqlarla bağlı iddialar irəli sürə biləcəyini söyləyib.
Rusiya prezidenti çıxışında Donbas bölgəsinə də toxunaraq, arxiv sənədlərinə istinad etdiyini bildirib. Onun sözlərinə görə, bu ərazi sovet dövründə Ukrayna Sovet Sosialist Respublikasının tərkibinə daxil edilib və o, Donbasın Rusiyanın bir hissəsi olması fikrini təkrarlayıb.
Qeyd edək ki, Putinin səsləndirdiyi fikirlər Rusiya prezidentinin mövqeyini əks etdirir. Ukrayna və beynəlxalq ictimaiyyət ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəklədiyini dəfələrlə bəyan edib və Ukraynanın ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində tanındığını vurğulayır.
Hazırda Polşa, Macarıstan və Rumıniya tərəfindən Ukraynanın qərb bölgələrinə dair rəsmi ərazi iddiası irəli sürülməyib. Putin çıxışında səsləndirdiyi qiymətləndirmələrə dair konkret sübut təqdim etməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-07-2026