Mobil versiya
Prezident İlham Əliyev Bakıda keçirilmiş qeyri-rəsmi görüşlə bağlı açıqlama verib
Tarix: 22-07-2026 | Saat: 21:43
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyev Bakıda keçirilmiş qeyri-rəsmi görüşlə bağlı açıqlama verib



Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında Bakıda Almaniya və Rusiya nümayəndələrinin mümkün qeyri-rəsmi görüşü ilə bağlı sualı cavablandırıb.
Dövlət başçısı bildirib ki, The Times qəzetində dərc olunan məlumatdan sonra məsələ araşdırılıb və Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, xəbərdə adları çəkilən Almaniya və Rusiya nümayəndələrinin eyni dövrdə Bakıda olduqları təsdiqlənib.
Prezidentin sözlərinə görə, Almaniyanın sabiq yüksəkvəzifəli rəsmiləri Ronald Pofalla və Matias Platsek iyulun 12-də Berlindən Bakıya gəlib, iyulun 14-də geri qayıdıblar. Həmin tarixlərdə Rusiyanın sabiq baş naziri Viktor Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev də Moskvadan Bakıya gəliblər.
İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfinə bu səfərlərlə bağlı əvvəlcədən nə Almaniya, nə də Rusiya tərəfindən rəsmi məlumat verilməyib. O əlavə edib ki, sözügedən şəxslər arasında görüşün baş tutub-tutmadığını təsdiqləyən məlumat yoxdur, lakin onların eyni vaxtda Bakıda olması belə bir ehtimal yaratdığını bildirib.
Mövzunu şərh edən təhlükəsizlik eksperti İlham İsmayıl hesab edir ki, görüşdə iştirak edən şəxslərin hazırda rəsmi dövlət vəzifəsi daşımaması bu təmasların qeyri-rəsmi xarakter daşıya biləcəyini göstərir. Onun fikrincə, belə format tərəflər arasında müəyyən mesajların rəsmi diplomatik kanallardan kənar müzakirəsinə xidmət edə bilər.
Ekspert həmçinin Bakının görüş üçün münasib məkan kimi seçilməsinin mümkün səbəblərindən biri kimi logistika və mövcud geosiyasi şəraiti göstərib. Bununla yanaşı, o vurğulayıb ki, görüşün məzmunu barədə rəsmi məlumat olmadığından, onun məqsədi ilə bağlı irəli sürülən ehtimallar təsdiqlənmiş fakt kimi qiymətləndirilə bilməz.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-07-2026