Mobil versiya
Rusiya Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatını axtarışa verib
Tarix: 22-07-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

Rusiya Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatını axtarışa verib




Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatını axtarışa verilən şəxslər siyahısına daxil edib. Bu barədə məlumat nazirliyin rəsmi məlumat bazasında yer alıb.

Bazadakı qeyddə Mixail Drapatının Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışa verildiyi bildirilsə də, ittihamın konkret hansı maddə üzrə irəli sürüldüyü açıqlanmayıb.

Rusiya İstintaq Komitəsi hələ 2023-cü ildə Drapatı və bir sıra digər ukraynalı hərbçilərə qarşı qiyabi ittiham irəli sürmüşdü. Qurum onların 2017 və 2019-cu illərdə qondarma "DXR" və "LXR" ərazilərində yerləşən yaşayış məntəqələrinə artilleriya zərbələri endirdiyini iddia edir. Rusiya tərəfinin məlumatına görə, həmin hücumlar nəticəsində insanların həlak olduğu və yaralandığı, həmçinin mülki infrastruktura ziyan dəydiyi bildirilir.

TASS agentliyinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata əsasən, Rusiya tərəfi Drapatının əlaqə məlumatlarına malik olduğunu da iddia edir. Bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib. Onun yerinə daha əvvəl Birləşmiş Qüvvələrin komandanı olmuş general-mayor Mixail Drapatı təyin edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-07-2026