Mobil versiya
Böyük Britaniyada yeni hökumətin tərkibi açıqlanıb
Tarix: 21-07-2026 | Saat: 20:17
Bölmə:Özəl | çapa göndər

Böyük Britaniyada yeni hökumətin tərkibi açıqlanıb




Böyük Britaniyanın Baş naziri Endi Börnhem yeni hökumət kabinetinin formalaşdırılmasını başa çatdırıb. Baş nazir ofisinin yaydığı məlumata görə, yeni kabinetdə ümumilikdə 27 təyinat həyata keçirilib.

Yeni təyinatlara əsasən, 2024-cü ildən bu ilin iyun ayınadək müdafiə naziri vəzifəsində çalışmış Con Heli maliyyə naziri təyin olunub. Xarici işlər naziri postu isə Leyborist Partiyasının sabiq lideri Ed Milibanda həvalə edilib.

Şabana Mahmud daxili işlər naziri vəzifəsini qoruyub saxlayıb. İvet Kuper xarici işlər naziri postundan səhiyyə naziri vəzifəsinə keçirilib, Ues Stritinq isə səhiyyə naziri vəzifəsindən müdafiə naziri təyin edilib.

Luiz Heyq Birinci Dövlət Katibi, Lankaster Hersoqluğunun Kansleri və Hökumət Ofisinin dövlət naziri vəzifəsinə gətirilib. Pat Makfadden iş və pensiya naziri, Liza Nandi mədəniyyət, media və idman naziri, Bridcet Filipson qadınlar və bərabərlik naziri, Heydi Aleksandr isə nəqliyyat naziri kimi fəaliyyətini davam etdirəcək.

Kabinetdə digər dəyişikliklərə əsasən, Lusi Pauell təhsil naziri, Aleks Norris lord kansler və ədliyyə naziri, Angela İql ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri, Miatta Fahnbulleh enerji təhlükəsizliyi və sıfır emissiyaya keçid naziri təyin olunub.

Angela Rayner mənzil, icmalar və yerli özünüidarəetmə naziri, Conatan Reynolds biznes, innovasiya, elm və ticarət naziri, Emma Reynolds isə Maliyyə Nazirliyinin baş katibi vəzifəsini icra edəcək.

Yeni hökumətin formalaşdırılması ilə yanaşı, əvvəlki kabinetin bir sıra üzvləri vəzifələrini itiriblər. Onların arasında Reyçel Rivz, Devid Lemmi, Darren Cons, Stiv Rid, Peter Kayl, Riçard Hermer, Liz Kendall, Co Stivens və Hilari Benn də yer alır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2026