BVF Ukraynaya təxminən 690 milyon dollarlıq yeni kredit tranşı ayırıb
Tarix: 21-07-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya mövcud maliyyə dəstəyi proqramı çərçivəsində növbəti kredit tranşının ayrılmasını təsdiqləyib.
Fondun yaydığı məlumata görə, İcra Şurasının qərarı ilə Ukraynaya təxminən 690 milyon ABŞ dolları həcmində vəsait ayrılacaq. Qərar 48 aylıq Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi (EFF) proqramı üzrə növbəti qiymətləndirmənin uğurla başa çatdırılmasından sonra qəbul edilib.
Yeni tranşın ayrılması ilə Ukraynanın bu proqram çərçivəsində əldə etdiyi ümumi maliyyələşdirmə 2,2 milyard dollara yüksəlib.
Qeyd edək ki, sözügedən maliyyə paketi BVF-nin Ukrayna üçün təsdiqlədiyi 8,1 milyard dollarlıq, dördillik EFF proqramının tərkib hissəsidir. Proqram ölkədə makroiqtisadi sabitliyin qorunması, islahatların davam etdirilməsi və dövlət maliyyəsinin dayanıqlığının gücləndirilməsinə dəstək məqsədi daşıyır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2026