Mobil versiya
Azərbaycanda daha bir yazar İNTİHAR ETDİ - FOTO
Tarix: 30-03-2017 | Saat: 16:41
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycanda daha bir yazar İNTİHAR ETDİ - FOTO


Bu gün Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib.

AİA.Az bakipost.az-a istinadən xəbər verir ki, Rizvan Axundov adlı şəxs özünü yaşadığı mənzildə asıb. İlkin məlumata görə, onun intihar səbəbi maliyyə problemləri ilə bağlı olub. Mərhumun bank kreditlərinin olduğu, üstəlik bir müddətdir, işsizlikdən əziyyət çəkdiyi bildirilir.

R.Axundov 1972-ci ildə Ağdamda anadan olub. 1994-cü ildə İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənməylə bitirib. 1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında aspiraturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı bəddi yaradıcılıqla da məşğul olub. O, Rizvan Qorxmaz imzası ilə şeirlər və hekayələr yazırmış. "Qəlbin kövrək telləri" adlı kitabı da nəşr olunub.

Ailəlidir, bir övladı var.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024