Mobil versiya
Avstriyanın Azərbaycana yeni təyin olunan səfiri avqustun sonunda fəaliyyətə başlayacaq
Tarix: 20-07-2026 | Saat: 13:44
Bölmə:Özəl | çapa göndər

Avstriyanın Azərbaycana yeni təyin olunan səfiri avqustun sonunda fəaliyyətə başlayacaq



Avstriya hökuməti Etyen Berxtoldu (Etienne Berchtold) ölkənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Avstriyanın Bakıdakı səfirliyinin məlumatına görə, Etyen Berxtoldun avqust ayının sonunda Bakıya gələrək diplomatik missiyanın rəhbəri kimi fəaliyyətə başlaması gözlənilir.

Bildirilib ki, Berxtold Azərbaycana təyin olunmazdan əvvəl 2022-ci ilin avqust ayından etibarən Avstriyanın Birləşmiş Ərəb Əmirliklərində səfir vəzifəsində çalışıb.

Yeni səfirin yaxın vaxtlarda etimadnaməsini Azərbaycan tərəfinə təqdim etdikdən sonra diplomatik fəaliyyətini rəsmi şəkildə davam etdirəcəyi gözlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2026