Oğuz rayonunda Birinci Qarabağ Müharibəsi şəhidi Yaşar Şəfiyevin anası, partiya veteranı Mədinə Şəfiyevanın 75 illik yubileyi qeyd olunub -Foto
Tarix: 20-07-2026 | Saat: 10:04
Bölmə:Özəl | çapa göndər

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının veteran üzvlərindən olan şəhid anası Şəfiyeva Mədinə Qasım qızının 75 illik yubileyi münasibətilə Oğuz rayonunun Xalxalqışlaq kəndində yaşadığı evində görüş keçirilmişdir. Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubov, Oğuz Rayon İHB-nın Xalxal kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi İlqar Əsgərov ,şəhid atası Elbrus Əhmədov və rayon təşkilatının əməkdaşları iştirak ediblər. Rayon təşkilatının sədri Saleh Məhərrəmov yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamışdır.
Görüş zamanı qeyd olunub ki, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bildirilib ki, Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın xatirəsinin yaşadılması və onların ailələrinin hər zaman diqqətdə saxlanılması cəmiyyətimizin mənəvi dəyərlərinə və şəhidlərimizin əziz xatirəsinə göstərilən ehtiramın təzahürüdür. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş, şəhidlərimizin qəhrəmanlığı bu Zəfərin əsas dayaqlarından birinə çevrilmişdir. Çıxış edənlər bildirdi ki, şəhid Yaşar Şəfiyevin göstərdiyi şücaət və fədakarlıq hər zaman yüksək dəyərləndirilir. Onun qəhrəmanlıq yolu gənclərdə Vətənə bağlılıq, dövlətə sədaqət və milli dəyərlərə hörmət hisslərinin güclənməsində mühüm mənəvi örnək olaraq qalır, əziz xatirəsi isə xalqımızın qəlbində daim yaşayacaqdır.
Çıxış edən şəhid anası Mədinə Şəfiyeva ona göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmiş və rayon təşkilatının fəaliyyətinə uğurlar arzulamışdır.
Şəhid anasına yubileyi münasibətilə gül buketi və xatirə hədiyyəsi təqdim olunmuş, ailəyə ən xoş arzular çatdırılmışdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2026