Mobil versiya
Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək -Fotolar
Tarix: 17-07-2026 | Saat: 19:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək

Azərbaycanda təşkili nəzərdə tutulan “Birliyin Gücü – 2026” birgə hərbi təlimin planlaşdırma konfransı keçirilib.

aia.az xəbbər verir ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən konfransda Azərbaycanla yanaşı Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistanın nümayəndə heyətləri iştirak ediblər.

Qonaqları salamlayan general-leytenant Azər Əliyev ölkələrimiz arasında hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. Bildirilib ki, “Birliyin Gücü – 2026” birgə hərbi təlimin əsas məqsədi ölkələrimizin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin dayanıqlı sülhə və təhlükəsizliyə töhfə verməkdir.

Tədbir iştirakçılarına təlimin sualları, ssenarisi və yerinə yetiriləcək döyüş epizodları haqqında ətraflı məlumat verilib.

Konfrans çərçivəsində qonaqlar təlim keçiriləcək ərazi ilə əyani tanış olaraq, tapşırıqları dəqiqləşdiriblər.

Sonda iştirakçı ölkələr konfransın yekununa dair protokol imzalayıb, maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-07-2026