Deputat Tamam Cəfərova növbəti vətəndaş qəbulu ilə bağlı paylaşım edib -Fotolar
Tarix: 17-07-2026 | Saat: 14:17
Bölmə:Özəl | çapa göndər

Milli Məclisin deputatı Tamam Cəfərova sosial media hesablarında Şamaxı şəhərində keçirdiyi vətəndaşların növbəti qəbulu ilə bağlı paylaşım edib. Bu barədə aia.az xəbər verir.
Millət vəkilinin “facebook” hesabında paylaşılan məlumatda deyilir: “Təmsil etdiyim 88 saylı Şamaxı seçki dairəsində əvvəlcədən daxil olmuş müraciətlər əsasında Şamaxı şəhərində vətəndaşların növbəti qəbulunu keçirdik. Qəbul zamanı hər bir seçicinin müraciəti diqqətlə dinlənildi, onları narahat edən məsələlər ətraflı müzakirə olundu. Müraciətlər əsasən məşğulluq, məhkəmə qərarlarının icrası, səhiyyə və digər sosial xarakterli məsələləri əhatə edirdi. Qaldırılan məsələlərin operativ və qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq sorğular göndəriləcək, müraciətlərin icrası isə nəzarətdə saxlanılacaq. Seçicilərlə mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi və problemlərinin həlli istiqamətində ardıcıl fəaliyyət bundan sonra da davam etdiriləcək. Hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşmaq, onların hüquq və mənafelərinin qorunmasına dəstək göstərmək deputat fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində bundan sonra da üzərimizə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə davam edəcəyik.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-07-2026