Mobil versiya
Xəzərdə fırtına qopacaq: Neftçilər təcili təxliyyə olunur
Tarix: 30-03-2017 | Saat: 13:02
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Xəzərdə fırtına qopacaq: Neftçilər təcili təxliyyə olunur



"Martın 31-də hava şəraiti kəskin dəyişəcək və güclü külək əsəcək, Xəzər dənizində fırtına olacaq. Bununla əlaqədar olaraq SOCAR tərəfindən artıq bütün lazımi təhlükəsizlik tədbirləri görülüb”.

Bu barədə AzVision.az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyev deyib. Onun sözlərinə görə, sabah heç bir problem olmayacaq.

“Ancaq nəzarət işi görüləcək, başqa işlərin hamısı məhdudlaşdırılacaq, yalnız quyulara nəzarət olunacaq. İnşatçılar, əsaslı təmirlə məşğul olan qazma, xidmət sahələrinin işçiləri hamısı ərazidən çıxarılıb. Quyulara nəzarət edən operatorların sayı isə iki dəfə azaldılıb”.

N.Quliyev qeyd edib ki, platformalarda yalnız zəruri adamlar, quyulara nəzarət edən operatorlar qalacaq: “Bizə verilən məlumata görə, martın 31-i, aprel ayının 1-i səhərə qədər küləkli hava olacaq. Daha sonra şəraitdən asılı olaraq tədbirlərimizi görəcəyik”.

Qeyd edək ki, sabah ölkə ərazisində temperatur xeyli aşağı düşəcək. Respublika ərazisində martın 31-dən havanın kəskin dəyişəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda hətta sulu qar yağacaq. Sabahdan havanın temperatur tədricən 7-10 dərəcə aşağı düşəcək. Güclü qərb küləyi əsəcək. Xəzərdə sürəti saniyədə 38 metrə çatan güclü külək olacaq.

Xatırladaq ki, ötən ilin dekabr ayında mədəndə fırtına səbəbindən 10 nəfər itkin düşmüşdü. İki il öncə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 32 nəfər həlak olmuşdu.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024