Mobil versiya
Corc Maykl 3 aydan sonra dəfn edilib
Tarix: 30-03-2017 | Saat: 11:37
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Corc Maykl 3 aydan sonra dəfn edilib



Britaniyalı müğənni Corc Mayklın ailəsi onun çərşənbə günü Londonda dəfn olunması faktını rəsmən təsdiq edib.

AİA.az xəbər verir ki, bu barədə musiqiçinin qohumları və yaxınlarının çərşənbə günü yaydıqları bəyanatda deyilir.

"Biz bu gün müğənni Corc Mayklın dəfn mərasiminin baş tutduğunu təsdiq edə bilərik. Ailə üzvləri və yaxın dostlar sevimli oğlumuz, qardaşımız və dostumuzla vidalaşmaq üçün bir araya toplaşmışdılar. Corc Mayklın ailəsi onun bütün dünya üzrə pərəstişkarlarına sevgi və dəstək dolu çoxsaylı məktublarına görə minnətdarlıq etmək istərdi”, - deyə bəyanatda bildirilir.

Corc Maykl 25 dekabr 2016-cı il tarixində 53 yaşında ikən vəfat edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024