Mobil versiya
ABŞ təşəbbüslü TRIPP fonduna yeni rəhbər təyin edildi
Tarix: 15-07-2026 | Saat: 21:03
Bölmə:Özəl | çapa göndər

ABŞ təşəbbüslü TRIPP fonduna yeni rəhbər təyin edildi



ABŞ təşəbbüsü ilə həyata keçirilən TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi çərçivəsində yaradılan "Tripp+ Enterprise Fund" fonduna rəhbər təyinatı həyata keçirilib.
Məlumata görə, fondun rəhbəri vəzifəsinə Rusiya əsilli amerikalı investor Konstantin Sokolov gətirilib. İlkin kapitalı 201 milyon dollar olan fondun məqsədi nəqliyyat, enerji və logistika infrastrukturu layihələrinin maliyyələşdirilməsidir.
Bildirilib ki, fondun vəsaitləri dəmir yolu xətləri, enerji infrastrukturu, logistika mərkəzləri, məlumat emalı mərkəzləri və digər strateji layihələrin inkişafına yönəldiləcək. Layihənin Azərbaycan, Ermənistan və Mərkəzi Asiyanı əhatə edən nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsini hədəflədiyi qeyd olunur.
Konstantin Sokolov uzun illərdir enerji, telekommunikasiya və infrastruktur sahələrində fəaliyyət göstərən investor kimi tanınır. O, müxtəlif beynəlxalq investisiya layihələrində iştirak edib və regionda telekommunikasiya və enerji sektorunda biznes maraqlarına malikdir.
Qeyd edək ki, ABŞ administrasiyası TRIPP layihəsinin yeni tranzit, ticarət və enerji marşrutlarının formalaşmasına, eləcə də regional iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirir. Bununla yanaşı, layihənin gələcək icrası və konkret infrastruktur təşəbbüsləri ilə bağlı rəsmi qərarlar və razılaşmaların mərhələli şəkildə açıqlanacağı gözlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-07-2026