Səttar Möhbalıyev: "Şuşada strateji tərəfdaşlığın yeni mərhələsi "
Tarix: 15-07-2026 | Saat: 11:41
Bölmə:Manşet / Siyasət | çapa göndər

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin mətbuata bəyanatları ilk baxışda ikitərəfli münasibətlərin inkişafına həsr olunmuş diplomatik çıxış təsiri bağışlayır. Əslində isə bu bəyanat Azərbaycanın yeni geosiyasi reallıqları formalaşdıran dövlət kimi növbəti siyasi mesajı idi. Çünki bu bəyanatın səsləndiyi məkan da, məzmunu da xüsusi rəmzi və strateji əhəmiyyət daşıyırdı.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil. Bu şəhər ölkənin xarici siyasətinin, beynəlxalq diplomatiyasının və postmünaqişə dövrünün əsas siyasi platformalarından birinə çevrilib. Xarici dövlət başçılarının məhz Şuşada qəbul edilməsi Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin beynəlxalq səviyyədə qəbul olunmasının növbəti praktik təsdiqidir. Cənab Prezident İlham Əliyevin çıxışının ilk diqqət çəkən məqamı Azərbaycan–Slovakiya münasibətlərinin artıq yeni mərhələyə keçdiyini nümayiş etdirməsidir. Dövlət başçısı təsadüfi olaraq 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannaməni xüsusi vurğulamadı. Bu sənəd münasibətlərin siyasi dialoq səviyyəsindən uzunmüddətli strateji əməkdaşlıq mərhələsinə keçdiyini göstərir. Bəyanatda "güclü siyasi iradə" ifadəsinin işlədilməsi də xüsusi siyasi məna daşıyır. Müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlıqlar yalnız iqtisadi maraqlar əsasında formalaşmır. Bunun arxasında qarşılıqlı etimad, beynəlxalq hüquqa hörmət və ortaq geosiyasi baxış dayanır. Azərbaycan və Slovakiya arasında son illər yaranmış münasibətlər məhz bu prinsiplər üzərində qurulub.
Cənab Prezident İlham Əliyevin bəyanatında Qarabağın bərpasına Slovakiyanın verdiyi dəstəyə xüsusi yer ayrılması da təsadüfi deyil. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkətinin həyata keçirdiyi "Ağıllı kənd" layihəsinin qeyd olunması artıq yeni bir siyasi reallığın göstəricisidir. Vaxtilə işğal və dağıntılarla yadda qalan Qarabağ bu gün beynəlxalq investisiyaların, müasir texnologiyaların və xarici şirkətlərin fəaliyyət göstərdiyi inkişaf məkanına çevrilir. Burada iştirak edən hər bir xarici şirkət əslində Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını praktik fəaliyyəti ilə tanımış olur. Bu baxımdan Slovakiya şirkətinin Qarabağ layihəsində iştirakı yalnız iqtisadi deyil, eyni zamanda siyasi əhəmiyyət daşıyır.
Millət vəkili onu da deyib ki, Bəyanatda diqqəti çəkən digər istiqamət iqtisadi əməkdaşlığın geniş spektridir. Energetika, ticarət, hərbi-texniki əməkdaşlıq, qarşılıqlı investisiyalar və digər sahələrin qeyd olunması göstərir ki, tərəflər münasibətləri yalnız diplomatik çərçivədə deyil, konkret iqtisadi layihələrlə möhkəmləndirmək niyyətindədirlər. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi mövqeyini getdikcə gücləndirir. Slovakiya isə Mərkəzi Avropanın mühüm sənaye və logistika ölkələrindən biridir. Bu baxımdan əməkdaşlığın enerji, nəqliyyat və sənaye istiqamətləri gələcək illərdə daha geniş perspektivlər vəd edir. Cənab Prezident İlham Əliyevin çıxışında nümayəndə heyətlərinin geniş tərkibi barədə dediyi fikirlər də diplomatik protokol xarakteri daşımır. Bu, göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq yalnız xarici işlər nazirliklərinin işi deyil. İqtisadiyyat, kənd təsərrüfatı, müdafiə sənayesi, energetika, rəqəmsal inkişaf və digər istiqamətlər üzrə konkret fəaliyyət proqramları hazırlanır. Bəyanatın mühüm siyasi mesajlarından biri də Prezident Peter Pelleqrinin Qarabağa səfərinin xüsusi vurğulanması oldu. Azərbaycan Prezidenti bunun münasibətlərin səmimiliyinin göstəricisi olduğunu qeyd etdi. Əslində isə bu səfər daha böyük siyasi məna daşıyır. Avropa İttifaqına üzv dövlətin Prezidentinin Qarabağa gəlməsi Azərbaycanın postmünaqişə reallıqlarının beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti nümunəsidir. Xarici dövlət başçılarının Şuşaya və Qarabağın digər bölgələrinə səfərlərinin artması beynəlxalq ictimaiyyətin yeni regional reallığı qəbul etdiyini nümayiş etdirir. Bu səfərin daha bir mühüm siyasi və geostrateji tərəfi ondan ibarətdir ki, Şuşa artıq təkcə tarixi Zəfərin rəmzi deyil, həm də beynəlxalq diplomatiyanın yeni ünvanına çevrilib. Son illərdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və nüfuzlu siyasi xadimlərin Qarabağa, xüsusilə də Şuşaya səfərləri Azərbaycanın yaratdığı yeni reallığın dünya tərəfindən qəbul edildiyini əyani şəkildə nümayiş etdirir. Bu gün Qarabağda həyata keçirilən bərpa və quruculuq layihələrində xarici şirkətlərin iştirakı, "Ağıllı kənd" kimi innovativ layihələrin beynəlxalq tərəfdaşlarla birgə icrası göstərir ki, işğaldan azad olunmuş ərazilər artıq yalnız Azərbaycanın sosial-iqtisadi inkişaf proqramının tərkib hissəsi deyil, eyni zamanda beynəlxalq əməkdaşlığın, investisiya təşəbbüslərinin və dayanıqlı inkişaf modelinin formalaşdığı mühüm coğrafiyaya çevrilməkdədir. Dövlətimizin başçısının bu məqamları xüsusi vurğulaması Azərbaycanın postmünaqişə dövründə yürütdüyü siyasətin əsas məqsədini – Qarabağı regionun təhlükəsizlik, əməkdaşlıq və inkişaf məkanına çevirmək strategiyasını bir daha aydın şəkildə ortaya qoyur.
Cənab Prezident İlham Əliyevin çıxışının sonunda Peter Pelleqrinin Azərbaycana əvvəlki vəzifələrində dəfələrlə səfər etməsini xatırlatması da təsadüfi deyildi. Bununla dövlət başçısı münasibətlərin təsadüfi və ya qısamüddətli olmadığını, uzun illər ərzində qarşılıqlı etimad üzərində formalaşdığını diqqətə çatdırdı. Bəyanatın ümumi ruhundan görünür ki, Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq modelini daha da genişləndirir. Bu model qarşılıqlı hörmətə, daxili işlərə qarışmamaq prinsipinə, beynəlxalq hüquqa və konkret iqtisadi əməkdaşlığa əsaslanır. Məhz buna görə də Azərbaycan bu gün Avropa ilə münasibətlərini yeni siyasi məzmunda inkişaf etdirə bilir. Şuşada səslənən bu bəyanat təkcə Azərbaycan–Slovakiya münasibətlərinin növbəti mərhələsini ifadə etmir. O, həm də Qarabağın artıq beynəlxalq əməkdaşlıq məkanına çevrildiyini, Azərbaycanın diplomatik təşəbbüslərinin yeni nəticələr verdiyini və ölkənin Avropa ilə strateji tərəfdaşlığının daha da dərinləşdiyini nümayiş etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilməlidir-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər