Mobil versiya
Qazaxda Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gün münasibətilə tədbir keçirilib -Fotolar
Tarix: 14-07-2026 | Saat: 15:44
Bölmə:Gündəm | çapa göndər

Qazaxda Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gün münasibətilə tədbir keçirilib

2026 - cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gün münasibətilə “Azərbaycanın dirçəliş və inkişaf yolunun başlanğıcı ” mövzusunda tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, partiya veteranlarından Bəsdi Ələkbərova, Məmməd Yusifov, Polad Ağakişiyev, Kazım Kazımlı , şəhid atası Elxan Abdullayev, çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, böyük xilaskarlıq missiyasından, Azərbaycan xalqı və dövləti qarşısındakı müstəsna xidmətlərindən, müstəqil Azərbaycanın inkişafı naminə həyata keçirdiyi mühüm layihələrdən ətraflı danışıblar. Bildirilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.Bu gün Azərbaycan Möhtərəm Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində böyük inkişaf yolu keçərək regionun lider dövlətinə və beynəlxalq aləmdə nüfuzlu bir ölkəyə çevrilib. Ulu Öndərin ideyaları və dövlətçilik prinsipləri müasir dövrdə uğurla həyata keçirilir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır.

Sonda yubiley yaşı tamam olan partiya veteranları fəxri fərman ilə təltif olunub, onlara hədiyyələr verilib. Partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2026