Mobil versiya
Haluk Leventin saxlanılmazdan əvvəlki görüntüləri yayımlandı
Tarix: 14-07-2026 | Saat: 13:00
Bölmə:Özəl | çapa göndər

Haluk Leventin saxlanılmazdan əvvəlki görüntüləri yayımlandı



Türkiyədə AHBAP Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan müğənni Haluk Leventin saxlanılmazdan əvvəl lentə alınmış görüntüləri ictimaiyyətə təqdim olunub.
Yayılan kadrlarda Haluk Leventin İstanbul–İzmir avtomobil yolunun üzərində yerləşən istirahət məntəqəsindən avtomobilə mindiyi əks olunur. Məlumata görə, o, daha sonra Bursada saxlanılaraq ifadə vermək üçün İstanbula aparılıb.
İstintaq çərçivəsində Haluk Levent barəsində "Dərnəklər haqqında Qanunun pozulması", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" və "Cinayət təşkilatına üzvlük" maddələri üzrə araşdırma aparılır.
Bildirilib ki, əməliyyatın ikinci mərhələsində daha 17 nəfər saxlanılıb. Bununla da istintaq çərçivəsində saxlanılan şəxslərin ümumi sayı 39-a çatıb.
Qeyd: Xəbərdə qeyd olunan ittihamlar istintaq orqanlarının irəli sürdüyü iddialardır. İş üzrə məhkəmənin yekun qərarı qəbul edilənədək təqsirsizlik prezumpsiyası qüvvədədir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2026