Fransada istilər səbəbindən bəzi atom reaktorları müvəqqəti dayandırıldı
Tarix: 14-07-2026 | Saat: 21:19
Bölmə:Özəl | çapa göndər

Fransada müşahidə olunan güclü istilər səbəbindən bəzi nüvə elektrik stansiyalarının fəaliyyətində məhdudiyyətlər tətbiq edilib. Məlumata görə, çay sularının temperaturunun yüksəlməsi fonunda üç nüvə reaktoru müvəqqəti dayandırılıb, daha yeddi reaktorun isə gücünün azaldılması ehtimalı nəzərdən keçirilir.
Bildirilib ki, qərarın məqsədi çay ekosistemlərini qorumaq və ətraf mühitlə bağlı ekoloji normalara əməl etməkdir. Nüvə elektrik stansiyalarında istifadə olunan soyutma suyu yüksək temperatur şəraitində xüsusi qaydalara uyğun tənzimlənir.
Fransanın enerji şirkəti EDF açıqlamasında nüvə təhlükəsizliyi ilə bağlı hər hansı riskin olmadığını vurğulayıb və görülən tədbirlərin profilaktik xarakter daşıdığını bildirib.
Məlumata görə, hava şəraitindən asılı olaraq tətbiq olunan məhdudiyyətlər iyul ayının ortalarınadək və ya sonunadək qüvvədə qala bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-07-2026