Mobil versiya
Seneqal millisində gözlənilməz etiraf: Komandanın baş həkimi ginekoloq imiş
Tarix: 14-07-2026 | Saat: 21:15
Bölmə:Özəl | çapa göndər

Seneqal millisində gözlənilməz etiraf: Komandanın baş həkimi ginekoloq imiş



Seneqal Futbol Federasiyasının prezidenti Əbdülah Fal milli komandanın tibbi heyəti ilə bağlı diqqətçəkən açıqlama verib.
Onun sözlərinə görə, DÇ-2026 zamanı yığmanın baş həkimi vəzifəsində çalışan Əbdürrəhman Fediorun ixtisası idman təbabəti deyil, ginekologiya olub. Fal bildirib ki, bu barədə gec məlumat aldığını və futbolçuların həkimə tam etibar etmədiyi ilə bağlı rəylər eşitdiyini deyib.
Federasiya rəhbəri qeyd edib ki, oyunçuların sağlamlığı əsas prioritet olduğundan komandaya daha uyğun ixtisaslı mütəxəssisin cəlb edilməsinə ehtiyac yaranıb.
Qeyd edək ki, Seneqal millisi DÇ-2026-nın 1/16 final mərhələsində əlavə vaxtda Belçikaya 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Komanda görüşün 86-cı dəqiqəsinə qədər 2:0 hesabı ilə irəlidə olsa da, üstünlüyünü qoruya bilməyib.
Turnirin başa çatmasından sonra baş məşqçi Pap Tiav və uzun illər milli komandada çalışan Əbdürrəhman Fediorla yollar ayrılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2026