Heydər Əliyevə ehtiram əbədidir
Tarix: 13-07-2026 | Saat: 21:39
Bölmə:Gündəm | çapa göndər

Xalqın, dövlətçiliyin tarixi ilə bağlı olan günlər unudulmur. 14 iyul belə günlərdən biridir. 1969-cu ilin 14 iyul günü Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi seçildiyi gün...
Tarixi şəxsiyyət tarixin axarını xalqının sabahlarına yönəldir. XX əsr dünyəvi siyasət fenomeni olan, tanınan Heydər Əliyev kimi...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın Sovetlər birliyinin tərkibində olduğu dövrlərdə müxtəlif vəzifələrdə işləmişdi, təhlükəsizlik xidməti general-mayoru idi. 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilmişdi. Bu tarix sonralar Azərbaycanın tarixində bir mərhələnin başlanğıc tarixi oldu.
1969-cu ilin iyulundan sonra Heydər Əliyev milli-mənəvi dəyərlərimizin saxlanılmasının, inkişafının dövlət səviyyəsində cəfakeşi oldu. Böyük tarixi şəxsiyyət üçün bu gündən daha çox sabahlar vardı. Xalqın min illik tarixinin mahiyyətində də, qadağalardan boy göstərən istəklərdə də sabahların birində gerçəkləşəcək müstəqilliyin işığı görünürdü.
Heydər Əliyev böyük tarixi şəxsiyyət kimi xalqın sabahlarını şərtləndirən amillərdən biri kimi hərbi işi görürdü. Azərbaycanın dövlətçilik tarixinin bütün mərhələlərində hərbi səriştə, Azərbaycan naminə döyüş əzmi, hərbi işin dövlət səviyyəsində öyrədilməsi diqqətdə saxlanılırdı. Azərbaycan Demokratik Respublikası ilhaq etdikdən sonra hərbi mükəlləfiyyət baxımından azərbaycanlılara qeyri-rəsmi etibar olunmurdu, çağırışçıların əksəriyyəti tikinti hərbi hissələrində xidmət edirdi. Azərbaycan xalqının hərbi ənənələri də ərazisi kimi ilhaq edilməkdə idi. Onda böyük tarixi şəxsiyyət azərbaycanlı gənclərin sabiq SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almasını təmin edə bildi. O illərdə hərbi təhsil almış zabitlər sonralar müstəqil Azərbaycanın ordu quruculuğunda, Birinci Qarabağ müharibəsində fəal iştirak etdilər, onlarla zabit döyüşlərdə qəhrəmanlıqla iştirakına görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. O illərdə orduda xidmət edən zabitlərin hamısı özünü Heydər Əliyevin kadrı hesab edirdi və bununla qürur duyurdu; Heydər Əliyev ən böyük azərbaycanlı kimi, böyük tarixi şəxsiyyət kimi müstəqil Azərbaycanın nizami ordusunun formalaşmasının təməlini o illərdə qoymuşdu...
Moskvanın ciddi etirazlarına baxmayaraq Heydər Əliyev 1971-ci ildə Bakıda belə göndərişlər üçün ilkin hərbi təhsil bazası da yaratdı: C.Naxçıvanski adına ibtidai hərbi məktəb. Bu məktəbin məzunları da İttifaqın ali hərbi məktəblərində təhsil alırdı. Sonralar, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra müstəqil Azərbaycanın ordu quruculuğunda da, Birinci Qarabağ müharibəsində də iştirak etdilər...
İnkişaf iqtisadiyyatla bağlıdır. O illərdə Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi kimi Azərbaycanın ən güclü respublikalardan biri kimi tanınmasını arzulayırdı. Azərbaycanda yüngül sənayenin inkişafının başlanğıcı qoyuldu, respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması prosesi başladı.
Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi kimi respublikada, əsasən paytaxtda neçə-neçə sənaye müəssisəsi yaradılmasının təşəbbüskarı və icraçısı oldu: “Ozon” zavodu, Elekron Hesablayıcı Maşınlar zavodu, Məişət Kondisionerləri zavodu, Sumqayıt Kompressor zavodu, Üst Trikotaj Fabriki, Bakı Tikiş və Ayaqqabı fabriki, Gəncə Əlvan Metallar Emalı zavodu, Naxçıvan Şüşə Qablar zavodu, Əli-Bayramlı Məişət Cihazları zavodu, ...
Heydər Əliyev ən böyük azərbaycanlı kimi həmişə Azərbaycanı və azərbaycanlıları düşünürdü. Bu düşüncələrin başlıca mahiyyəti Azərbaycanın sabahları ilə bağlı idi, Azərbaycan xalqına dönməz sədaqət idi. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi öz hüquqi qüvvəsini tapdı. Belə bir təşəbbüs, belə bir ideoloji şücaət xalqımızın tarixində son dərəcədə əhəmiyyətli oldu...
Sevginin, ehtiramın dövrü, mərhələsi olmur. Heydər Əliyev kimi dühalar üçün heç olmur. Bütün siyasi situasiyalarda tarixi şəxsiyyətlər xalqını düşünüb, xalqının dövlətçiliyini düşünüb. Heydər Əliyev o dövrlərdə də Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə xüsusi diqqət yetirirdi. Bakıda neçə-neçə ədəbiyyat, incəsənət fədaisinin - Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin, ...abidəsi ucaldıldı. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul edildi, burada Natəvana abidə qoyuldu. Şuşada Molla Pənah Vaqifin məqbərəsi də bu sevginin təzahürü idi...
Bunlar təkcə sevginin təzahürü deyildi, həm də Azərbaycan ədəbiyyatının dünyəvi ədəbiyyatın, Azərbaycan mədəniyyətinin dünyəvi mədəniyyətin tərkib hissəsi olduğunun təsdiqi idi...
Böyük tarixi şəxsiyyət üçün həmişə bir poetik and olub:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma Vətənimsən,
Ayrılarmı könül candan.
Azərbaycan, Azərbaycan!
Heydər Əliyev xalqın ciddi tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dövlət müstəqilliyini xilas etdi, onun iqtisadi inkişafının istiqamətlərini müəyyənləşdirən beynəlxalq müqavilələrin imzalanması təmin olundu. Bu baxımdan Heydər Əliyev müasir Azərbaycanın dövlətçilik memarıdır. Azərbaycan Respublikasıın Prezidenti cənab İlham Əliyev böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlər üzrə uğurla davam etdirir. Hamı, dünya ictimaiyyəti də əmindir ki, Azərbaycanın sabahları daha nurlu olacaqdır...
Böyük tarixi şəxsiyyət Heydər Əliyevə ehtiram əbədi ehritamdır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər