Mobil versiya
Mütəxəssisdən xəbərdarlıq: Arıqlama məhsullarındakı təhlükəli maddə ölüm riski yarada bilər
Tarix: 09-07-2026 | Saat: 21:22
Bölmə:Özəl | çapa göndər

Mütəxəssisdən xəbərdarlıq: Arıqlama məhsullarındakı təhlükəli maddə ölüm riski yarada bilər




Son dövrlər sosial şəbəkələrdə satılan bəzi arıqlama məhsulları ilə bağlı narahatlıqlar artıb. Rəsmi laborator müayinələr zamanı bəzi məhsullarda insan sağlamlığı üçün təhlükəli hesab edilən sibutramin maddəsinin aşkarlandığı bildirilib.

Mütəxəssislərin sözlərinə görə, sibutramin bir çox ölkədə istifadəsi qadağan olunmuş təsiredici maddələr sırasındadır. Bu maddənin ürək-damar sistemi, sinir sistemi və digər həyati orqanlara ciddi mənfi təsirlər göstərə biləcəyi, bəzi hallarda isə həyati təhlükə yarada biləcəyi qeyd olunur.

Mövzu ilə bağlı danışan dietoloq Leyla Zülfüqarlı bildirib ki, "arıqlama" adı ilə satılan bəzi kapsul və çayların tərkibində sağlamlıq üçün təhlükəli komponentlər olur. Onun sözlərinə görə, sibutramin orqanizmdə süni şəkildə çəki itkisi yaratsa da, bu proses sağlam piy toxumasının azalması hesabına deyil, bədənin vacib resurslarının tükənməsi ilə baş verir.

Dietoloq qeyd edib ki, bu cür məhsulların nəzarətsiz istifadəsi ürək ritm pozğunluğu, yüksək təzyiq, psixoloji problemlər və digər ciddi fəsadlara səbəb ola bilər. Buna görə də, sürətli nəticə vəd edən vasitələrə aldanmamağı tövsiyə edib.

Mütəxəssis vurğulayıb ki, sağlam arıqlamanın əsasında düzgün qidalanma, fiziki aktivlik və tibbi müayinələr dayanır. Onun fikrincə, artıq çəkinin səbəbi əvvəlcə laborator analizlərlə müəyyən edilməli, daha sonra isə fərdi müalicə və qidalanma proqramı hazırlanmalıdır.

Həkimlər və mütəxəssislər vətəndaşlara mənşəyi məlum olmayan, xüsusilə sosial şəbəkələr üzərindən satılan arıqlama məhsullarını qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməyi tövsiyə edirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2026