Ermənistan geosiyasi seçim qarşısında: Rusiya, İran və Qərb arasında balans nə qədər davam edəcək?
Tarix: 09-07-2026 | Saat: 21:02
Bölmə:Özəl | çapa göndər

Ermənistanın xarici siyasətində yaranan yeni vəziyyət ölkəni mürəkkəb geosiyasi balansla üz-üzə qoyur. Bir tərəfdən İrəvan Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı genişləndirməyə çalışır, digər tərəfdən isə iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində Rusiya ilə sıx bağlılığını qoruyur. Paralel olaraq İran da Ermənistanı Cənubi Qafqazdakı əsas strateji tərəfdaşlarından biri kimi saxlamaq niyyətini açıq şəkildə nümayiş etdirir.
Bu fonda İranın Ermənistandakı səfiri Xəlil Şirqolami iki ölkə arasında strateji tərəfdaşlıq sənədinin hazırlanması istiqamətində işlərin davam etdiyini bildirib. Onun sözlərinə görə, sənəd üzərində müzakirələr müxtəlif səviyyələrdə aparılır və tərəflərin bu istiqamətdə siyasi iradəsi mövcuddur.
Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev qeyd edib ki, Cənubi Qafqaz tarixən böyük güclərin maraqlarının toqquşduğu region olub və Ermənistan hazırda müxtəlif geosiyasi mərkəzlər arasında tarazlıq yaratmağa çalışır.
Deputatın sözlərinə görə, Rusiya Ermənistan üzərində siyasi və iqtisadi təsirini qorumaqda maraqlıdır, İran isə bu ölkə ilə sərhəd və əməkdaşlığı öz regional təhlükəsizlik strategiyasının mühüm elementi hesab edir. Bu səbəbdən hər iki dövlət İrəvanla əlaqələrin zəifləməsini öz maraqları baxımından arzuolunmaz sayır.
Arzu Nağıyev bildirib ki, bu geosiyasi rəqabət Azərbaycan-Ermənistan münasibətlərinə də müəyyən təsir göstərir. Onun fikrincə, regionda dayanıqlı sülhün əldə olunması üçün əsas məsələ tərəflər arasında həllini gözləyən problemlərin aradan qaldırılması və nəqliyyat-kommunikasiya layihələri üzrə qarşılıqlı məqbul həllərin tapılmasıdır.
Deputat hesab edir ki, Ermənistan Qərblə inteqrasiyanı davam etdirmək istəsə də, Rusiya və İran faktorunu nəzərə almadan bu siyasəti həyata keçirməkdə çətinlik çəkəcək. Bu isə ölkənin yaxın perspektivdə geosiyasi manevr imkanlarını daha da məhdudlaşdıra bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər