Mobil versiya
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
Tarix: 18-09-2026 | Saat: 15:09
Bölmə:Dünya | çapa göndər

Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü -

Ermənistanın Baş naziri Nikol Paşinyan Hessen Sülh Mükafatına layiq görülüb.

aia.az xəbər verir ki, mükafat Ermənistan hökumətinin başçısına “Cənubi Qafqazda sülhün bərqərar olması və Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına yönəlmiş səylərinə görə” verilib.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyada səfərdədir.

aia.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Paşinyan Hessen Sülh Mükafatını almaq üçün Almaniyaya gedib. Mükafat Almaniyanın Viesbaden şəhərində, Hessen əyalətinin parlamentində keçiriləcək rəsmi mərasimdə ona təqdim olunacaq. Mükafat Paşinyana “Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə” və “Avropa Birliyi ilə yaxınlaşmasına” görə veriləcək.

Mükafatın məbləğinin 25 min avro olduğu bildirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2026