Mobil versiya
Bu prospektdə avtobus zolağının qüvvədə olma saatı uzadıldı
Tarix: 18-09-2026 | Saat: 16:22
Bölmə:Ölkə | çapa göndər

Bu prospektdə avtobus zolağının qüvvədə olma saatı uzadıldı

Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində ("20 Yanvar" metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədə olma müddəti axşam saatlarında 1 saat artırılıb.

AYNA-dan aia.az-a verilən məlumata görə, qeyd olunanla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədə olma vaxtını göstərən yol nişanında dəyişiklik edilib. Əvvəl xüsusi hərəkət zolağının qəvvədəolma müddəti axşam saatlarında 17:00–20:00 idisə, hazırda 17:00–21:00 aralığındadır.

Sürücülərə dəyişikliyi nəzərə alaraq diqqətli olmaları tövsiyə olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2026