Mobil versiya
Erməni müxalifətindən Paşinyan barədə iddia: Moskva ilə vaxt qazanmağa çalışır
Tarix: 07-07-2026 | Saat: 18:38
Bölmə:Özəl | çapa göndər

Erməni müxalifətindən Paşinyan barədə iddia: Moskva ilə vaxt qazanmağa çalışır



Ermənistanda müxalif siyasi dairələr Baş nazir Nikol Paşinyanın Rusiya ilə münasibətlərdə vaxt udmağa çalışdığını iddia edirlər.

Müxalif mövqeli erməni nəşrinin yaydığı məlumata görə, Paşinyanın Rusiyanın Baş naziri Mixail Mişustinlə Yekaterinburqda keçirdiyi görüşdən sonra Moskvanın parlament seçkilərinin nəticələrini və hazırkı hakimiyyətin legitimliyini faktiki qəbul etdiyi irəli sürülür.

Bununla yanaşı, iddialara əsasən, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı gələcəyi və bu məsələ ilə bağlı mümkün referendum gündəmdən çıxmayıb. Həmçinin iki ölkə arasında iqtisadi və enerji sahəsində fikir ayrılıqlarının da davam etdiyi bildirilir.

Müxalif analitiklər hesab edirlər ki, Rusiya üçün əsas məsələlərdən biri iş adamı Samvel Karapetyanın və ona məxsus şirkətlərin taleyi, digəri isə Ermənistanda gələcək nüvə energetikası layihələridir. İddialara görə, rəsmi İrəvan bu məsələlərdə Qərbin, xüsusilə ABŞ-ın mövqeyini də nəzərə almağa çalışır.

Mənbənin iddiasına əsasən, Paşinyan hökuməti yaxın perspektivdə nə Avrasiya İqtisadi İttifaqı ilə bağlı referendum keçirməyə, nə də nüvə energetikası üzrə yekun qərar qəbul etməyə tələsmir. Əksinə, İrəvanın bu mövzuları mümkün qədər uzadaraq Avropa İttifaqından əlavə iqtisadi dəstək əldə etməyə və enerji sahəsində Rusiyadan asılılığı mərhələli şəkildə azaltmağa çalışdığı bildirilir.

Müxalifət nümayəndələri hesab edirlər ki, Paşinyanın əsas strategiyası Moskva ilə münasibətlərdə mümkün qədər vaxt qazanmaq və bu müddətdə ölkənin xarici siyasi manevr imkanlarını genişləndirməkdir. Bu iddialarla bağlı Ermənistan hökuməti tərəfindən rəsmi açıqlama verilməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2026