İngiltərədə təxribat cəhdi: İslamı təhqir edən şəxs polis tərəfindən saxlanıldı
Tarix: 06-07-2026 | Saat: 19:19
Bölmə:Özəl | çapa göndər

Böyük Britaniyanın Lids şəhərində Fələstinə dəstək məqsədilə keçirilən aksiya zamanı ictimai asayişi pozmağa yönəlmiş insident baş verib.
Yerli media və hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, aksiya keçirilən əraziyə daxil olan bir şəxs İslam dini və Hz. Məhəmməd (s.ə.s.) barədə təhqiramiz ifadələr işlədib. Onun davranışı tədbir iştirakçılarının etirazına səbəb olub.
Hadisə yerində xidmət aparan Qərbi Yorkşir polisi vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün dərhal müdaxilə edib. İctimai asayişi pozmaqda və nifrət zəminində təxribat törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq polis bölməsinə aparılıb.
Polis bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcək. Hüquq-mühafizə orqanları ictimai təhlükəsizliyi pozan və nifrət zəminində qarşıdurma yaratmağa yönəlmiş hərəkətlərə qarşı qanun çərçivəsində tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-07-2026