Alimlər xəbərdarlıq edir: Bu yuxu problemi ürək üçün ciddi risk yarada bilər
Tarix: 03-07-2026 | Saat: 23:04
Bölmə:Özəl | çapa göndər

Yuxusuzluqla yanaşı gün ərzində davamlı yuxululuq hissi yaşayan insanlarda ürək-damar xəstəlikləri və erkən ölüm riski daha yüksək ola bilər. Bu nəticə elmi araşdırmada əldə olunub.
Tədqiqat çərçivəsində təxminən 495 min nəfərin sağlamlıq məlumatları uzun illər ərzində təhlil edilib. İştirakçıların yuxu vərdişləri qiymətləndirilib, daha sonra isə onların sağlamlıq vəziyyəti orta hesabla 15 il izlənilib.
Araşdırma zamanı 51 mindən çox ölüm və on minlərlə yeni ürək-damar xəstəliyi qeydə alınıb. Ən yüksək risk isə həm yuxusuzluqdan, həm də güclü gündüz yuxululuğundan əziyyət çəkən şəxslərdə müşahidə edilib. Bu qrupda ümumi ölüm riski 32 faiz, ürək-damar xəstəliklərindən ölüm riski 28 faiz, yeni ürək və damar xəstəliklərinin yaranma ehtimalı isə 40 faiz daha yüksək olub.
Tədqiqat müəllifləri bildirirlər ki, yalnız yuxusuzluq və ya yalnız gündüz yuxululuğu da müəyyən risk artımı ilə əlaqələndirilsə də, hər iki problemin birlikdə müşahidə olunması daha ciddi göstərici hesab edilir.
Alimlər vurğulayırlar ki, bu nəticələr yuxu problemlərinin kompleks şəkildə qiymətləndirilməsinin vacibliyini göstərir. Bununla belə, araşdırma birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir və yalnız bu hallar arasında statistik əlaqənin mövcud olduğunu ortaya qoyur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-07-2026