Medvedevdən Finlandiyaya sərt xəbərdarlıq: "Artıq nüvə hədəfləri siyahısındasınız"
Tarix: 03-07-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Finlandiyanın nüvə silahları ilə bağlı qanunvericiliyində etdiyi dəyişiklikdən sonra sərt açıqlama verib.
Medvedev bildirib ki, Finlandiyanın ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv etməsi Moskvanın təhlükəsizlik qiymətləndirmələrinə təsir göstərib. Onun sözlərinə görə, bu qərardan sonra Finlandiya Rusiyanın nüvə planlaşdırılması çərçivəsində potensial hədəflər siyahısına daxil edilib.
Rusiyalı siyasətçi sosial media hesabında paylaşdığı açıqlamada istehzalı ifadələr işlədərək, Finlandiyanın bu qərarla təhlükəsizlik baxımından yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Xatırladaq ki, Finlandiya parlamenti iyunun 17-də qəbul etdiyi qərarla ölkəyə nüvə silahlarının gətirilməsi, daşınması və saxlanmasına tətbiq olunan qadağanı ləğv edib. Bu addım ölkənin müdafiə siyasətində mühüm dəyişiklik kimi qiymətləndirilir və regionda təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-07-2026