Mobil versiya
Cəbrayılın Horovlu kəndində sakinlər üçün növbəti aqrar təlimlərə başlanılıb
Tarix: 01-07-2026 | Saat: 14:01
Bölmə:Ölkə | çapa göndər

Cəbrayılın Horovlu kəndində sakinlər üçün növbəti aqrar təlimlərə başlanılıb


Aqrar sahədə fermerlərin və kənd sakinlərinin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlim proqramlarına başlanılıb. Təlim proqramı Cəbrayıl rayonunun Horovlu kəndini əhatə edib.

Təlimlər kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsinin daha səmərəli təşkili, torpaq sahələrindən məqsədyönlü istifadənin təmin edilməsi və müasir aqrar yanaşmaların tətbiqinin təşviq edilməsi məqsədilə təşkil olunur.

Təlim sessiyalarında iştirakçılara Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə işləmə qaydaları, kənd təsərrüfatı texnikalarından səmərəli və təhlükəsiz istifadə, eləcə də meyvəçiliyin müasir becərmə texnologiyaları barədə ətraflı məlumat verilib. Təlimlər zamanı iştirakçıların sualları cavablandırılıb, onlara mövzular üzrə praktiki tövsiyələr verilib.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-08-2026