Bu gündən qüvvəyə minən yeniliklər: Kimləri hansı dəyişikliklər gözləyir?
Tarix: 01-07-2026 | Saat: 14:20
Bölmə:Özəl | çapa göndər

Bu gündən Azərbaycanda bir sıra sahələri əhatə edən yeni dəyişikliklər qüvvəyə minib. Yeniliklər nəqliyyat, sosial təminat, energetika və hərbi xidmət istiqamətlərini əhatə edir.
Əsas dəyişikliklərdən biri ictimai nəqliyyatda istifadə olunan "BakıKart" kartlarının satış qiyməti ilə bağlıdır. Bu gündən etibarən kartın satış qiyməti 2 manatdan 3 manata yüksəlib.
Enerji səmərəliliyinin artırılması məqsədilə gücü 25–60 vatt arasında olan közərmə lampalarının idxalı, istehsalı və satışı da qadağan edilir.
Sosial təminat sahəsində də dəyişiklik tətbiq olunub. Yeni qaydalara əsasən, qadınlar üçün pensiya yaşı 64 il 6 aydan 65 yaşa qaldırılıb.
Dəmir yolu nəqliyyatında isə Bakı–Balakən marşrutu üzrə qatarın hərəkət cədvəli yenilənib. Yeni qrafikə əsasən, qatar Bakından saat 23:30-da, Balakəndən isə saat 21:10-da yola düşəcək.
Bununla yanaşı, 1 iyul–30 iyul tarixləri arasında növbəti hərbi xidmətə çağırış və ehtiyata buraxılma prosesi də həyata keçiriləcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-07-2026
16:33 Şöbə rəisi istefa verdi