Mobil versiya
"Ötən il 1,8 milyard manat keçmiş illərin debitor borcları bağlanılıb" - Sahil Babayev
Tarix: 30-06-2026 | Saat: 11:46
Bölmə:İqtisadiyyat / Parlament | çapa göndər

"Ötən il 1,8 milyard manat keçmiş illərin debitor borcları bağlanılıb" -

“Debitor borclarla bağlı məsələyə konseptual və kompleks baxılmalıdır”.

aia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2025-ci ildə iri infrastruktur layihələr çərçivəsində qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmış yeni müqavilələr üzrə avans ödənişləri həyata keçirilib.

“Eyni zamanda, ötən il ərzində 1 milyard 797 milyon manat məbləğində keçmiş illərin debitor borcları bağlanılıb. Qeyd edim ki, 2025-ci il ərzində təşkilatların avans qalıqlarına dair məlumatlar tərəfimizdən təhlil edilmiş və həmin məlumatlar əsasında zəruri tədbirlərin görülməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən 120 təşkilata müvafiq tapşırıqlar verilib”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-06-2026