Milli Məclisdə görüş keçirilib -Foto
Tarix: 25-06-2026 | Saat: 21:15
Bölmə:Parlament | çapa göndər

İyunun 25-də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏT Pİ) Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Ziya Öztürklerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev və qrupun üzvləri arasında görüş keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Ortaq dil, mədəniyyət və qardaşlıq bağlarının iki xalqı bir-birinə daha da yaxınlaşdırdığı qeyd edilib.
Söhbət zamanı parlamentlərarası əməkdaşlığın, qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti qeyd edilib. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyasında müzakirə olunan məsələlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin görüşdə mədəni-humanitar sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri – Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Fatma Yıldırım, Hikmət Məmmədov, ŞKTC-dən deputatlar Hasan Küçük və Şifa Çolakoğlu çıxış edərək dövlətlərarası əlaqələrin inkişafı barədə fikirlərini bölüşüblər.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər