Mobil versiya
“Eyni dinə sahib olan dost və qardaş xalqlarımızın nümayəndələri olaraq, ziddiyyət və bölünmələr əvəzinə həmrəyliyi, dialoqu və birliyi təşviq etməliyik” - Spiker
Tarix: 24-06-2026 | Saat: 13:19
Bölmə:Karusel / Gündəm / Parlament | çapa göndər

“Eyni dinə sahib olan dost və qardaş xalqlarımızın nümayəndələri olaraq, ziddiyyət və bölünmələr əvəzinə həmrəyliyi, dialoqu və birliyi təşviq etməliyik”

Bunu Milli Məclisin sədri Sahibə Qafarova iyunun 24-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏTPİ) Konfransının 20-ci sessiyasının açılış mərasimindəki çıxışında deyib.
Milli Məclisin sədri vurğulayıb ki, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm və effektiv bir çətir halına gəlib və əməkdaşlığın, birgə fəaliyyətlərin və ortaq məsələlər üzrə qəti mövqeyimizin inkişafı üçün vacib bir platformadır. Parlament diplomatiyası, dialoq və təcrübə mübadiləsi vasitəsilə cəmiyyətlərimizin üzləşdiyi çətinliklərin həllinə töhfə verə və xalqlarımızın rifahının artırılmasına nail ola bilərik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2026