Mobil versiya
"Dövlət Proqramı 5 məqsədi və 86 konkret tədbiri əhatə edir" - Nazir müavini
Tarix: 22-06-2026 | Saat: 11:59
Bölmə:İqtisadiyyat | çapa göndər

"Dövlət Proqramı 5 məqsədi və 86 konkret tədbiri əhatə edir" -

Dövlət Proqramı 5 məqsədi, 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Bu, sənədin yalnız ümumi yanaşmaları deyil, konkret tədbirləri, icra mexanizmlərini və ölçülə bilən nəticələri özündə birləşdirən kompleks inkişaf proqramı olduğunu göstərir.

aia.az xəbər verir ki, bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Biləsuvarda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.

“Dövlət Proqramında buğda və pambıq məhsuldarlığının artırılması, müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin genişləndirilməsi, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, lazer hamarlamanın tətbiqi, intensiv heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması, balıqçılıq və akvakulturanın inkişaf etdirilməsi, saxlama, emal və logistika imkanlarının genişləndirilməsi əsas istiqamətlər kimi müəyyən edilib”, - deyə o bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-06-2026