Bayram günü oğul anasını balta ilə doğradı - Özünü körpüdən atdı
Tarix: 24-03-2017 | Saat: 11:42
Bölmə:Parlament / Aia TV | çapa göndər
Daxili İşlər Nazirliyi Xırdalanda törədilmiş dəhşətli cinayətlə bağlı məlumat yayıb.
Aia.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 20-də Xırdalan şəhər sakini Həsən İbrahimov evində anası 52 yaşlı Nərgiz Əliyevanı balta ilə qətlə yetirdikdən sonra Xırdalan şəhəri ərazisindəki dəmir yolu stansiyasının üzərindən keçən körpüdən özünü atıb. H.İbrahimov xəstəxanaya yerləşdirilib və orada ölüb.
Araşdırma aparılır.
Abşeron rayonunda oğul anasını balta ilə bir neçə hissəyə doğrayaraq özünü körpüdən aşağı atıb.
Aia.Az report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinin həyətində baş verib.
Belə ki, 1993-cü il təvvəllüdlü İbrahimov Həsən Daşqın oğlu balta ilə anası, 1965-ci il təvəllüdlü Əliyeva Nərgiz Çingiz qızının əvvəlcə başını kəsib, daha sonra isə bütün bədənini bir neçə hissəyə ayırıb.
Bundan sonra H.İbrahimov Bakı-Sumqayıt şossesindəki körpünün üzərinə çıxaraq özünü aşağı atıb. H.İbrahimov hadisə yerində ölüb. Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.
N.Əliyeva Türkiyədən Bakıya geyim əşyaları gətirərək səyyar satıcılıqla məşğul olub. Hadisə bayram günü, yəni martın 20-si günorta saatlarında baş verib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər