Azər Kərimli: “Avropa bazarlarına yaşıl elektrik enerjisinin çatdırılması Azərbaycanın enerji strategiyasına yeni məzmun qazandırır”
Tarix: 19-06-2026 | Saat: 10:04
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantısında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişaf prioritetlərini sistemli şəkildə ortaya qoydu. Çıxışdan aydın görünür ki, ölkənin strateji gündəliyi artıq yalnız iqtisadi artımın təmin edilməsi ilə məhdudlaşmır. Qarşıdakı mərhələdə əsas məqsəd iqtisadi imkanların yeni inkişaf istiqamətlərinə yönəldilməsi, azad edilmiş ərazilərin sürətli bərpası, nəqliyyat-logistika potensialının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və yaşıl enerji iqtisadiyyatına keçidin sürətləndirilməsidir. Bu istiqamətlər Azərbaycanın uzunmüddətli inkişaf modelinin əsas sütunlarını təşkil edir. Dövlət başçımızın vurğuladığı kimi, son illərin ən mühüm tarixi hadisəsi Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır. Bunun ardınca başlanılan genişmiqyaslı yenidənqurma proqramı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün Qarabağ və Şərqi Zəngəzurda artıq on minlərlə insanın yaşaması, işləməsi və təhsil alması bərpa prosesinin real nəticələrini göstərir. Dövlət büdcəsindən ayrılmış milyardlarla dollar və ümumi investisiyaların 17 milyard dollara yaxınlaşması bu prosesin miqyasını nümayiş etdirir. Həyata keçirilən layihələr yalnız yaşayış məntəqələrinin bərpasına deyil, eyni zamanda yeni iqtisadi məkanın formalaşdırılmasına xidmət edir.”
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.
Millət vəkili Prezident İlham Əliyevin çıxışda Azərbaycanın nəqliyyat-logistika potensialının genişləndirilməsi ilə bağlı yer alan fikirlərin əhəmiyyətini xüsusi qeyd edib: “Dövlət başçısı ölkənin beynəlxalq daşımalar qovşağı kimi mövqeyinin daha da gücləndirilməsinin əsas hədəflərdən biri olduğunu bildirdi. Azərbaycan üzərindən daşınan yüklərin həcmini iki dəfə artırmaq planı yalnız tranzit gəlirlərinin yüksəlməsi demək deyil. Bu, eyni zamanda ölkənin Avropa ilə Asiyanı birləşdirən əsas logistika mərkəzlərindən biri kimi rolunun möhkəmlənməsi anlamına gəlir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, regional əməkdaşlığın dərinləşməsinə də mühüm töhfə verir. Ərzaq təhlükəsizliyi məsələsinin strateji prioritet kimi müəyyənləşdirilməsi də müasir dövrün çağırışlarına verilən adekvat cavabdır. Dövlət başçısının qeyd etdiyi kimi, kənd təsərrüfatının inkişafı üzrə yeni proqramlar əsas istehlak məhsulları üzrə özünütəminetmə səviyyəsinin artırılmasını nəzərdə tutur. Xüsusilə su anbarlarının və suvarma sistemlərinin genişləndirilməsi məhsuldarlığın yüksəldilməsinə, fermerlərin su ehtiyatlarına çıxışının yaxşılaşdırılmasına və aqrar sektorun rəqabət qabiliyyətinin artmasına xidmət edəcək. Bu istiqamətdə İslam İnkişaf Bankı ilə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında bərpaolunan enerji sahəsinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. İmzalanmış müqavilələr əsasında 2032-ci ilədək ölkədə ən azı 8 giqavat həcmində günəş və külək enerjisi istehsal gücünün yaradılması planlaşdırılır. Bu, Azərbaycanın ənənəvi enerji ixracatçısından yaşıl enerji istehsalçısı və ixracatçısına çevrilməsi istiqamətində atılan mühüm addımdır. Yeni ötürücü xətlərin yaradılması və Avropa bazarlarına yaşıl elektrik enerjisinin çatdırılması ölkənin enerji strategiyasına yeni məzmun qazandırır. Beləliklə, Azərbaycan qlobal enerji təhlükəsizliyinə bundan sonra da yeni formatda töhfə verməyə hazır olduğunu nümayiş etdirir” – deyə, Azər Kərimli fikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-06-2026
10:19 Xankəndiyə qayıdırlar