Mobil versiya
Tramp Minab faciəsi ilə bağlı danışdı: “Heç kim bunu qəsdən etməyib”
Tarix: 18-06-2026 | Saat: 22:05
Bölmə:Özəl | çapa göndər

Tramp Minab faciəsi ilə bağlı danışdı: “Heç kim bunu qəsdən etməyib”




ABŞ Prezidenti Donald Trump Fransada keçirilən G7 sammiti çərçivəsində İranın Minab şəhərindəki qızlar məktəbinə endirilən ölümcül zərbə ilə bağlı sualları cavablandırıb.

Jurnalistlərin məktəbə hücum və yüzlərlə uşağın ölümü ilə bağlı sualına cavab verən Tramp hadisənin qəsdən törədilmədiyini bildirib. O qeyd edib ki, hadisə ilə bağlı araşdırma davam edir və yekun nəticələri gözləmək lazımdır.

ABŞ prezidentinin sözlərinə görə, məsələ ilə bağlı təhqiqat hərbi qurumlar tərəfindən aparılır və nəticələr açıqlanandan sonra ictimaiyyətə təqdim ediləcək.

Minabdakı məktəbə zərbə 2026-cı ilin ən ağır mülki itkilərlə nəticələnən hadisələrindən biri hesab olunur. Beynəlxalq media və insan haqları təşkilatlarının məlumatlarında hücum nəticəsində yüzlərlə şagird və müəllimin həlak olduğu bildirilir. Hadisə ilə bağlı müxtəlif araşdırmalar aparılır və məsuliyyət məsələsi ətrafında müzakirələr davam edir.

Hadisə beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub. Bir sıra təşkilatlar və siyasətçilər məktəbə zərbənin bütün detalları ilə araşdırılmasını və nəticələrin ictimaiyyətə açıqlanmasını tələb edirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-06-2026