İyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq
Tarix: 17-06-2026 | Saat: 14:21
Bölmə:Özəl | çapa göndər

Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı mərhələli artım prosesi başa çatır. İyulun 1-dən etibarən qadınlar üçün pensiya yaşı 64 il 6 aydan 65 yaşa qaldırılacaq və bununla da qadınlar və kişilər üçün müəyyən edilmiş pensiya yaşı ilk dəfə tam bərabərləşəcək.
Bu dəyişiklik “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir. Qanuna əsasən, azı 25 il sığorta stajı olan qadınlar üçün pensiya yaşı 2017-ci ildən başlayaraq hər il 6 ay artırılıb və proses 2026-cı ilin iyulunda yekunlaşır.
Beləliklə, 2024-cü ildə qadınların pensiya yaşı 64 yaşa, 2025-ci ildə isə 64 il 6 aya çatdırılmışdı. Yeni dəyişiklikdən sonra həm qadınlar, həm də kişilər üçün pensiya yaşı 65 yaş olacaq.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, pensiya yaşının artırılması əsasən pensiya sisteminin maliyyə dayanıqlığının qorunması və demoqrafik dəyişikliklərə uyğunlaşma məqsədi daşıyır. Onun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində də pensiya yaşı 65 və daha yüksəkdir.
Ekspert qeyd edib ki, Azərbaycanda qadınların orta ömür uzunluğu 78,4 il, kişilərin isə 73,6 il təşkil edir. Bu isə o deməkdir ki, pensiya yaşı artsa da, vətəndaşların pensiyaalma müddəti ilə bağlı müzakirələr aktuallığını qoruyur.
Xalid Kərimli hesab edir ki, gələcəkdə pensiya hesablanması metodikasına yenidən baxılması və orta pensiyaalma müddətinin hesablanma prinsiplərinin dəyişdirilməsi vətəndaşların daha yüksək pensiya əldə etməsinə imkan yarada bilər.
Rəsmi statistikaya görə, Azərbaycanda qadınların orta ömür uzunluğu 78,4 ildir. Müqayisə üçün qeyd edək ki, Türkiyədə bu göstərici 81,4 il, Fransada 85,3 il, Almaniyada 83,5 il, İspaniyada isə 86,1 il təşkil edir.
Hökumət pensiya yaşının artırılmasını əhalinin yaşlanması, orta ömür uzunluğunun yüksəlməsi və sosial sığorta sisteminin uzunmüddətli dayanıqlığının təmin edilməsi ilə əsaslandırır. Mütəxəssislər isə hesab edirlər ki, gələcəkdə pensiya sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı müzakirələr davam edəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər