Kəbənin yeni örtüyü quraşdırıldı
Tarix: 16-06-2026 | Saat: 18:30
Bölmə:Özəl | çapa göndər

Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən müqəddəs Kəbənin örtüyü ənənəvi qaydada yenisi ilə əvəz olunub. Bu barədə Məscidül-Həram və Məscidül-Nəbəvi İşləri üzrə Baş İdarə məlumat yayıb.
Məlumata görə, örtüyün dəyişdirilməsi prosesi xüsusi hazırlıq keçmiş 154 nəfərlik mütəxəssis heyəti tərəfindən həyata keçirilib. Müqəddəs məkanın yeni örtüklə bəzədilməsi bir neçə saat davam edib.
Yeni kisvə adlanan örtük 47 ayrı hissədən ibarətdir və ümumi çəkisi 1415 kiloqram təşkil edir. Örtüyün hazırlanmasında yüksək keyfiyyətli materiallardan istifadə olunub.
Bildirilir ki, yeni örtük üçün təxminən 825 kiloqram təmiz ipəkdən, həmçinin 180 kiloqram qızıl və gümüş saplardan istifadə edilib. Üzərində Quran ayələri və islami naxışlar işlənmiş örtük ən müasir texnologiyalar və ənənəvi sənətkarlıq üsulları ilə hazırlanıb.
Kəbənin örtüyünün yenilənməsi İslam dünyasında xüsusi əhəmiyyət daşıyan dini ənənələrdən biri hesab olunur və hər il milyonlarla müsəlmanın diqqətlə izlədiyi mərasimlərdən biridir.
Yenisi ilə əvəz olunan köhnə örtük isə xüsusi qaydada qorunur. Əvvəlcə Zəmzəm suyu ilə yuyulan örtük daha sonra hissələrə bölünərək müxtəlif İslam ölkələrinə göndərilir və muzeylərdə, dini mərkəzlərdə nümayiş etdirilir.
Qeyd edək ki, Kəbə İslam dünyasının ən müqəddəs məkanı hesab olunur və hər il milyonlarla zəvvar Həcc və Ümrə ibadətlərini yerinə yetirmək üçün Məkkəyə səfər edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər