Mobil versiya
Sülh yolunda əsas addım: İrəvana referendum çağırışı
Tarix: 11-06-2026 | Saat: 12:34
Bölmə:Özəl | çapa göndər

Sülh yolunda əsas addım: İrəvana referendum çağırışı




“Ermənistan cəmiyyəti Azərbaycanla münasibətlərdə yeni mərhələnin başlanması üçün keçmişdən qalan ərazi iddialarına hüquqi müstəvidə son qoymalıdır”.

Bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar: Azərbaycan və Sülh Gündəliyi” mövzusunda keçirilən tədbirdə millət vəkili Qaya Məmmədov səsləndirib.

Deputat bildirib ki, regionda dayanıqlı sülhün təmin olunması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların aradan qaldırılması vacib şərtlərdən biridir. Onun sözlərinə görə, bu məqsədlə Ermənistan cəmiyyəti referendum yolu ilə həmin məsələyə hüquqi nöqtə qoymalıdır.

Qaya Məmmədov vurğulayıb ki, Azərbaycan tərəfi uzun müddətdir sülh gündəliyinə sadiq qaldığını həm siyasi, həm də praktik addımlarla nümayiş etdirir. O qeyd edib ki, Bakı regionda qarşıdurmanın deyil, əməkdaşlığın tərəfdarı olduğunu dəfələrlə ortaya qoyub.

Millət vəkilinin fikrincə, iki ölkə arasında yekun sülh sazişinin imzalanması üçün hüquqi maneələrin aradan qaldırılması mühüm əhəmiyyət daşıyır və bu prosesdə əsas məsuliyyət Ermənistanın üzərinə düşür.

O əlavə edib ki, qarşılıqlı etimadın formalaşması və münasibətlərin normallaşması üçün atılan addımlar regionda sabitlik və inkişaf imkanlarını genişləndirə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-06-2026