Gümüş bazarında sərt eniş: Qiymət 65 dolların altına düşdü
Tarix: 10-06-2026 | Saat: 10:00
Bölmə:Özəl | çapa göndər

Beynəlxalq əmtəə bazarlarında gümüşün qiymətində kəskin ucuzlaşma qeydə alınıb. Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin iyul ayı üzrə gümüş fyuçersləri mart ayından bəri ilk dəfə olaraq troya unsiyası üçün 65 dollar həddinin altına enib.
Ticarət məlumatlarına əsasən, gümüşün qiyməti bir ara 5,5 faizdən çox ucuzlaşaraq 64,78 dollar səviyyəsinə düşüb. Sonrakı dəqiqələrdə eniş tempi bir qədər zəifləsə də, qiymət 65 dollardan aşağı qalmağa davam edib.
Analitiklər hesab edirlər ki, qiymətli metallar bazarında müşahidə olunan satış dalğası investorların mənfəət realizasiyası və qlobal maliyyə bazarlarındakı dəyişikliklərlə əlaqədardır. Son aylarda sürətlə bahalaşan gümüşdə baş verən bu eniş bazarda diqqətlə izlənilir.
Mütəxəssislərin fikrincə, yaxın günlərdə investorların davranışı və qlobal iqtisadi göstəricilər gümüşün qiymətinin hansı istiqamətdə hərəkət edəcəyini müəyyənləşdirəcək. Hazırda bazarda yüksək dəyişkənlik müşahidə olunur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-06-2026