Mobil versiya
Budapeşt və Kiyev arasında tarixi razılaşma – Macar azlığı ilə bağlı problem həll olunur
Tarix: 04-06-2026 | Saat: 14:00
Bölmə:Özəl | çapa göndər

Budapeşt və Kiyev arasında tarixi razılaşma – Macar azlığı ilə bağlı problem həll olunur


Macarıstan və Ukrayna uzun illərdir müzakirə olunan Zakarpatyedəki macar icmasının hüquqları ilə bağlı mühüm razılıq əldə edib.

Macarıstanın Baş naziri Peter Madyarın sözlərinə görə, tərəflər dil, təhsil, mədəniyyət və siyasi hüquqların genişləndirilməsini nəzərdə tutan hərtərəfli anlaşma üzərində razılığa gəliblər. O bildirib ki, bu nəticə bir neçə həftə davam edən intensiv danışıqların və ekspert səviyyəsində aparılan müzakirələrin yekunudur.

Razılaşmaya əsasən, Ukrayna hökuməti yaxın vaxtlarda əldə olunan anlaşmaları qanunvericilikdə əks etdirməyi öhdəsinə götürəcək. Bununla da Zakarpatyedə yaşayan on minlərlə etnik macar daha geniş hüquqlara sahib olacaq.

Madyar vurğulayıb ki, bu addım Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesinə də müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, Kiyev üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, Budapeşt Ukraynanın Aİ ilə danışıqlarında növbəti mərhələnin açılmasına dəstək verməyə hazır olacaq.

Analitiklər hesab edirlər ki, razılaşma həm Macarıstan-Ukrayna münasibətlərində gərginliyi azalda, həm də Kiyevin Avropa Birliyinə inteqrasiya yolunda mühüm maneələrdən birini aradan qaldıra bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2026