Avropadan yeni sülh təşəbbüsü – Üç ölkə Moskva və Kiyevi masa arxasına gətirmək istəyir
Tarix: 04-06-2026 | Saat: 13:35
Bölmə:Özəl | çapa göndər

Almaniya, Fransa və Böyük Britaniya Ukrayna ilə Rusiya arasında yeni sülh danışıqlarının təşkili istiqamətində fəal diplomatik təşəbbüslərə başlayıb.
Məlumata görə, Avropanın aparıcı dövlətləri müharibənin daha bir qış mövsümünə uzanmasının qarşısını almaq və tərəflər arasında dialoq imkanlarını genişləndirmək üçün təmaslarını intensivləşdirirlər.
Bildirilir ki, danışıqlar prosesinin gələcəyi ilə bağlı yekun qərar Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyindən asılı olacaq. Bu məqsədlə Böyük Britaniyanın Baş naziri Kir Starmer yaxın günlərdə Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makronla görüşərək mümkün sülh mexanizmlərini müzakirə edəcək.
Siyasi müşahidəçilər hesab edirlər ki, Avropa paytaxtlarının fəallaşması münaqişənin diplomatik yolla həlli istiqamətində yeni mərhələnin başlanğıcı ola bilər. Bununla belə, tərəflərin mövqeləri arasında ciddi fərqlərin qalması sülh prosesinin asan olmayacağını göstərir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər