Mobil versiya
Son Dəqiqə: Bakıda hava dəyişəcək - Yağış və şimşək gözlənilir
Tarix: 02-06-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Son Dəqiqə: Bakıda hava dəyişəcək - Yağış və şimşək gözlənilir


Bakıda və Abşeron yarımadasında yaxın saatlarda hava şəraitində qismən dəyişiklik gözlənilir. Sinoptiklərin məlumatına görə, gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli və zəif yağış ehtimalı var.

Ümumilikdə paytaxtda hava dəyişkən buludlu olacaq, arabir buludluluq artsa da, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyinin gün ərzində istiqamətini dəyişərək mülayim cənub-şərq küləyi ilə əvəzləyəcəyi gözlənilir.

Havanın temperaturu gecə saatlarında 14-17° isti, gündüz isə 21-26° isti təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa qədər enəcək. Nisbi rütubət isə 50-60 % səviyyəsində olacaq.

Bölgələrdə də əsasən sabit hava şəraiti hökm sürsə də, gecə və səhər saatlarında bəzi ərazilərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Bundan əlavə, gecə və səhər saatlarında bəzi rayonlarda duman müşahidə edilə bilər. Qərb küləyinin ayrı-ayrı ərazilərdə arabir güclənəcəyi bildirilir.

Rayonlarda havanın temperaturu gecə 15-18° isti, gündüz 23-28° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə isə 20-25° isti qeydə alınacağı proqnozlaşdırılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-06-2026