Fermerlərdən xəbərdarlıq: qiymətlər hələ də arta bilər
Tarix: 01-06-2026 | Saat: 11:30
Bölmə:Özəl | çapa göndər

Qurban bayramı ərəfəsində heyvan bazarında qiymət artımı müşahidə olunur. Bazarda qurbanlıq qoyunların qiyməti orta hesabla 350-400 manat, iri buynuzlu heyvanların qiyməti isə 2500-3000 manat arasında dəyişir.
İqtisadçı İlqar Hüseynlinin sözlərinə görə, qiymətlərin yüksəlməsinin əsas səbəblərindən biri ölkənin ət bazarının əhəmiyyətli hissəsinin idxaldan asılı olmasıdır. Eyni zamanda örüş sahələrinin azalması, yem qiymətlərinin bahalaşması və fermerlərin artan xərcləri də qiymətlərə birbaşa təsir göstərir.
Ekspert qeyd edir ki, son illərdə maldarlıq və qoyunçuluq təsərrüfatlarının sayında azalma müşahidə olunub. Bir çox fermerlər əvvəlki illərlə müqayisədə daha az sayda heyvan saxlayırlar ki, bu da bazarda təklifin azalmasına səbəb olur.
Bu il müşahidə olunan yağıntılı hava şəraiti də fermerlərin işini çətinləşdirib. Ot və yem ehtiyatlarının bir hissəsinin zərər görməsi heyvandarlıq sahəsində əlavə xərclər yaradıb.
Mütəxəssislər hesab edirlər ki, mövcud şəraitdə bazarda yaxın dövrdə ucuzlaşma gözlənilmir. Əksinə, istehsal xərclərinin artması qiymətlərin yüksək səviyyədə qalmasına səbəb ola bilər.
Qeyd olunur ki, bayram günlərində qurban paylarının verilməsi davam etsə də, əvvəlki illərlə müqayisədə bu prosesin daha məhdud miqyasda həyata keçirildiyi müşahidə olunur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər